Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Süd verən analar peyvənd oluna bilər?

321 Baxış

Süd verən anaların koronavirusa qarşı peyvənd oluna bilib-bilməyəcəkləri barədə fikirlər səslənir.

“Anadolu” agentliyi xəbər verir ki, türkiyəli uşaq sağlamlığı və xəstəlikləri üzrə professor Nalan Karabayır Çin istehsalı “CoronaVac” peyvəndinin südəmər uşaqlara ziyanı olmadığını deyib.

Onun sözlərinə görə, yeni vaksinlər çox az komponentdən ibarətdir:

“Peyvənd komponentlərinin ana südünə keçmə ehtimalının az olduğu düşünülür və keçsə də peyvənd zülalları həzm sistemində parçalanmayacaq və körpəyə təsir göstərməyəcək. Peyvənd anaya tətbiq olunsa da, ana südündən körpəyə anticisim keçməsi ilə körpənin COVID-19-a qarşı qorunmasına kömək edə bilər”.

Hal-hazırda istifadə olunan peyvəndlər m-RNA peyvəndləri “Pfizer/BioNTech” və “Moderna”, viral vektor əsaslı “Oxford/Astra-Zeneca” peyvəndi və inaktiv Çin peyvəndləridir.

Karabayır qeyd edib ki, süd verən analar çiçək və sarı qızdırma peyvəndi xaricində bütün peyvəndləri vurdura bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678