Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tayland ölkəyə gələn turistlərdən pul alacaq

128 Baxış

Tayland hökuməti ölkəyə səfər edən şəxslərdən 10 dollar (təxminən, 17 manat – red.) məbləğində turizm vergisi alacaq.

Bu barədə “Travel Off Path” portalı məlumat yayıb.

“Taylandda turizm vergisinin tətbiqi 2016-cı ildən bəri müzakirə olunur, lakin bu tədbir hər zaman təxirə salınıb. İndi pandemiya səbəbindən, böyük ölçüdə turistlərdən asılı olan ölkə iqtisadiyyatı zəifləyib. Bu səbəbdən hökumət 10 ABŞ dolları məbləğində turizm vergisi tətbiq etməyə hazırlaşır”, – mənbə yazır.

Qeyd olunur ki, Tayland 2021-ci ildə 10 milyon nəfərə yaxın turist qəbul etmək niyyətindədir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678