Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha bir ölkədə koronavirusun “Braziliya ştamı” tapıldı

117 Baxış

Cənubi Koreyada koronavirusun “Braziliya ştamı”na rast gəlinib.

“RİA Novosti” bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə (KDCA) istinadən məlumat yayır.

“Hazırda virisun 18 mutasiyaya uğramış variantına rast gəlinib (15 “Britaniya ştamı”, 2 CAR, 1 “Braziliya ştamı”).

Bu gündən etibarən, ölkəyə girişdə dəyişdirilmiş virus üzərində nəzarət gücləndiriləcək, xaricdən gələnlərin hamısından gəldikdən sonra 24 saat ərzində götürülən PCR-test nəticəsini vermələri tələb olunacaq”, – deyə qeyd olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678