Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nyu-Yorkun mərkəzində ixtişaşlar: Etirazçılar saxlanılıb

263 Baxış

ABŞ-da ictimai etirazlar səngimək bilmir. Bu dəfə “Black Lives Matter” hərəkatı tərəfdarları Martin Lüter Kinqin şərəfinə nümayiş keçiriblər.

Qaradərili vətəndaşların hüquqlarının müdafiəçisi olmuş Kinqin pərəstişkarları Nyu-Yorkun mərkəzində – Manhettendə ixtişaşlar törədiblər. Onlar “Bu bizim küçədir”, “Biz körpünü keçmişiksə, burada qalacağıq” kimi şüarlar səsləndiriblər.

Polis fəal nümayişçiləri saxlayaraq, xüsusi avtobuslara mindirib və hadisə yerindən uzaqlaşdırıb. Fəalların saxlanılması etirazçıları daha da hiddətləndirib və onlar polislə açıq toqquşmaya başlayıblar. Polis çətinliklə etirazçı kütləni dağıda bilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678