Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST COVID-19-un mövsümi infeksiyaya çevrilmə qabiliyyətini qiymətləndirdi

136 Baxış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un mövsümi infeksiya olma qabiliyyətini qiymətləndirib.

ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bu barədə “Rossiyskaya Gazeta”ya müsahibəsində bildirib.

Vuynoviçə görə, COVID-19-un mövsümi xəstəliyə çevrilməsinin ilkin şərtlərinin olub-olmadığı sualına birmənalı cavab vermək üçün bir neçə fəsli müşahidə etmək lazımdır.

O qeyd edib ki, peyvəndlərin nə qədər toxunulmazlıq təmin etdiyini və yüksək immunitet əldə etməkdə peyvənd proqramlarının nə qədər təsirli olduğunu öyrənmək lazımdır:

“Yüksək effektli peyvəndə sahib olmağımız belə, immunitet yaranmağına və virusu tamamilə yox edə biləcəyimizə zəmanət vermir. Effektiv qlobal peyvənd proqramı daxilində ehtimal olunan ssenari ondan ibarətdir ki, gələcəkdə virus aşağı təhlükə səviyyəsinə sahib endemik virusa çevriləcək”.

ÜST nümayəndəsi vaksinlər sayəsində pandemiyanın azalma ehtimalı olduğunu deyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678