Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkmənistan koronavirus peyvəndi ehtiyatı yaradır

113 Baxış

Türkmənistan hökuməti Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi ilə yanaşı, digər COVID-19 vaksinlərinin qeydiyyatı üzrə işləri davam etdirəcək.

“Vestnik Kavkaza” xəbər verir ki, bu barədə ölkə Prezidenti Qurbanqulu Berdimuhamedov təlimat verib.

“Bu addım 2021-ci ildə beynəlxalq yarışlarda iştirak etmək üçün Aşqabada gələcək xarici idmançılara seçim təmin etmək üçün lazımdır”, – deyə Türkmənistan prezidenti bildirib.

Qeyd edək ki, dünyanın təxminən 40 ölkəsindən idmançılar bu ilin 13-17 oktyabr tarixlərində Türkmənistanın paytaxtında keçiriləcək Dünya Velosiped çempionatına gələcəklər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678