Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xarkovdakı yanğında həlak olanların sayı artıb

136 Baxış

Xarkovdakı qocalar evində baş vermiş yanğın nəticəsində ölənlərin sayı artıb.

“Korrespondent” xəbər verir ki, tibb müəssisələrinin birində yanğından ciddi xəsarət almış daha bir nəfər dünyasını dəyişib.

Yanğının qurbanlarından biri isə aldığı psixoloji travma, stress səbəbindən vəfat edib.

Qeyd edək ki, yanğının baş verdiyi gün 15 nəfərin həlak olduğu bildirilsə də, hazırda faciə nəticəsində vəfat edənlərin sayı 21-ə çatıb.  

Xatırladaq ki, hadisə ilə bağlı yanvarın 23-ü Ukraynada matəm elan olunub.

Hadisənin baş verməsində günahkar sayılan üç nəfər saxlanılıb.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678