Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirus peyvəndi ilə bağlı XOŞ XƏBƏR

120 Baxış

İsraildə koronavirusa qarşı tətbiq edilən peyvəndin virusa təsiri barədə araşdırmanın nəticələri paylaşılıb.

“Haber Global” məlumat verir ki, “Pfizer” və “BioNTech” tərəfindən hazırlanan peyvəndin ikinci dozası vurulan 128 600 nəfərin bir həftədən sonra yalnız 20-də koronavirusa yoluxma müəyyən edilib.

Bildirilir ki, həmin şəxslərdən heç birinin hərarəti 38,5 dərəcədən yüksək olmayıb və ya xəstəxanaya yerləşdirilməyib.

Araşdırma aparan alimlərdən biri Anat Ekka Zohar deyib ki, vaksinin ikinci dozası vurulan şəxslər virusa yoluxsa belə, bu vəziyyət peyvəndin xəstəliyin ciddiləşməsinin qarşısını aldığına işarə ola bilər.

Təxminən 9,3 milyon əhalisi olan İsraildə “Pfizer” və “BioNTech” tərəfindən hazırlanmış COVID-19 peyvəndinin ilk dozası 2020-ci ilin 20 dekabrı, ikinci dozası isə bu ilin 9 yanvarında vurulmağa başlayıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, COVID-19 peyvəndinin ilk dozası ilə 2 637 279 nəfər, ikinci dozası ilə 1 189 813 nəfər vaksinasiya edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678