Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BVF-dən 2021-ci ildə qlobal ÜDM artımı ilə bağlı müsbət PROQNOZ

173 Baxış

Beynəlxalq Valyuta Fondu (BVF) cari ildə qlobal Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinə dair proqnozlarını yaxşılaşdırıb.

Bu barədə Fondun yanvar hesabatında məlumat verilir. Oktyabrda qurum tərəfindən verilən proqnozda sözügedən göstəricinin 5.2% olacağı bildirilsə də, yanvar hesabatında bu rəqəm 5.5% kimi qeyd olunub.

Növbəti ildə isə BVF qlobal ÜDM-in 4.2% artımını proqnozlaşdırır.

Qeyd edək ki, qurumun ekspertlərinin hesablamalarına əsasən, 2020-ci ildə dünya iqtisadiyyatı 3.5% kiçilib. Hərçənd mütəxəssislər iqtisadi daralmanın daha böyük – 4.4% olacağını gözləyirdilər.

Yeni proqnozlara əsasən, cari ildə dünya ticarətinin həcmi 8.1%, 2022-ci ildə isə 6.3% artacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678