Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Estoniyada yeni hökumətin tərkibi təsdiq olunub

277 Baxış

Estoniya Prezidenti Kersti Kalyulayd ölkənin yeni hökumətini təsdiq edib.

“Err” portalının verdiyi məlumata görə, İslahatlar Partiyası və Mərkəzçi Partiyanın birgə formalaşdırdığı hökümətə birincilərin nümayəndəsi Kaya Kallas rəhbərlik edəcək.

Qeyd edək ki, Estoniya hökumətində 14 nazir vəzifəsi var. Vəzifələr iki partiya arasında bərabər bölünüb.

Mərkəzçi Partiyanın nümayəndələri İqtisadiyyat və İnfrastruktur, Ətraf Mühit, Mədəniyyət, Dövlət İdarəçiliyi, Daxili İşlər, Səhiyyə və Əmək, həmçinin Xarici İşlər Nazirliklərinə başçılıq edəcəklər.

Baş Nazir, eləcə də müdafiə, maliyyə, sosial müdafiə, kənd təsərrüfatı, elm və təhsil, xarici ticarət və informasiya texnologiyaları nazirləri isə İslahatlar Partiyasının nümayəndələri olacaq.  

Xatırladaq ki, bundan öncəki hökumət Mərkəzçi Partiya, Mühafizəkar Xalq Partiyası və Ana Vətən Partiyasının koalisiyası nəticəsində 2019-cu ilin aprelin 29-da formalaşıb və korrupsiya qalmaqalından sonra istefa verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678