Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ sanksiyaları “Huawei”in satışlarını 40 faiz azaldıb

131 Baxış

ABŞ-ın sanksiyaları fonunda “Huawei” smartfonlarının satışı 40 faizdən çox azalıb.

Bu barədə CNBC məlumat yayıb.

Çinin texnologiya nəhəngi ilk dəfə smartfon satışı üzrə liderlərin beşliyinə daxil ola bilməyib.

“Huawei” şirkəti ilin dördüncü rübündə 33 milyon smartfon satıb. Bu isə əvvəlki illə müqayisədə 41 faiz azalma deməkdir.

Beləliklə, hələ 2020-ci ilin ikinci kvartalında dünyada birinci yerdə olan şirkətin payı səkkiz faizə düşüb.

Hazırda şirkət sadəcə əzəli rəqibləri “Apple” və “Samsung”dan deyil, eyni zamanda Çinin “Oppo” və “Vivo” şirkətlərindən də geridə qalır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678