Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransada müsəlmanlara qarşı hücumlar 53 faiz artıb

122 Baxış

Fransada müsəlmanlara qarşı hüçumlar ən çox paytaxt Paris də daxil olmaqla Rona-Alp, Provans və Ill-de-France bölgələrində baş verib.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Fransa İslam Şurasının (CFCM) nəzdindəki İslamafobiya Müşahidə Evinin sədri Abdullah Zəkri açıqlayıb.

Onun sözlərinə görə, keçən il müsəlmanlara qarşı 235 hücum olub ki, bu rəqəm əvvəlki ilə (154 hücum) nisbətən 53 faiz çoxdur.

Zəkri 2020-ci ildə məscidlərə edilən hücumların 35 faiz artdığını qeyd edib.

O, bildirib ki, ötən il CFCM qərargahına, eləcə də idarəçilərin evinə təhdidlərdən ibarət 70 məktub göndərilib.

Qeyd edək ki, Fransada təxminən 6 milyon müsəlman yaşayır və bu Avropa üzrə birinci göstəricidir. Onların əksəriyyəti Şimali Afrikadan gəlmələrdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678