Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kapitoliyə hücum edən “vikinq” Trampa qarşı ifadə verəcək

141 Baxış

Yanvarın 6-da Kapitoliyə vikinq qiyafəsində hücum edən Arizona sakini Ceykob Entoni Çenslin Donald Trampa qarşı ifadə vermək niyyətindədir.

Bu barədə “Associated Press” E. Çenslinin vəkili Albert Vatkinsə istinadən məlumat verib.

E.Çensli D.Trampın Kapitoliyə hücum edənləri əfv etməkdən imtina etməsini tərəfdarlarına xəyanət kimi qiymətləndirib.

Qeyd olunur ki, Kapitoliyə hücum edən daha dörd nəfər D.Trampa qarşı ifadə verməyə hazırlaşır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678