Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Piratlardan xilas olan dənizçilər: “Qorxu filmlərindəki kimi idi”

134 Baxış

Nigeriya sahillərində hücuma məruz qalan Türkiyəyə məxsus “Mozart” gəmisindən qaçırılan üç dənizçi başlarına gələnləri İstanbul hava limanında jurnalistlərlə paylaşıblar.

Bu barədə “Haber Global” xəbər yayıb.

Gəminin dördüncü kapitanı Furkan Eren piratların əlindən necə xilas olmaları barədə danışıb:

“İlk siqnal gələn kimi ballistik qapılarımızı və təhlükəsizlik qapımızı bağlayıb gözləməyə başladıq.

Gəmiyə dəyən kiçik zərərlər dəstək komandamız tərəfindən düzəldilir. Zəif yaralanmışam, yaxşıyam”.

Baş mühəndis İlhan Süha Tatlıgül deyib ki, “bir neçə gün yatmayıb gəmini qurtardıq. Qapılara qorxulu filmlərdə olduğu kimi saatlarla atəş açdılar, mühərrikli mişarlarla qapıları kəsməyə başladılar. Məni tapa bilmədilər. Əvvəlcə gəmini xilas etdim, sonra ailəmlə əlaqə qurdum”.

Dənizçilər ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana, müvafiq qurumlara onlara göstərilən köməyə görə təşəkkür ediblər və əsir düşənlərin tezliklə ailələrinin yanına qayıtmalarını diləyiblər.

Xatırladaq ki, 19 nəfərlik heyətdən ibarət gəmiyə piratların hücumu nəticəsində Azərbaycan vətəndaşı Fərman İsmayılov öldürülüb, 15 nəfər əsir götürülüb. Furkan Yaren, İlhan Süha Tatlıgül və Bahadır Yeşilalan adlı dənizçilər isə piratların əlindən gizlənə biliblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678