Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyəli sabiq nazir və millət vəkili 104 yaşında vəfat etdi

121 Baxış

Türkiyənin keçmiş Enerji və Təbii Sərvətlər naziri və millət vəkili Ömər Cahid Kayra 104 yaşında vəfat edib.

“Haber Global” məlumat verir ki, Ö.C.Kayra bir müddət əvvəl yol ilə yeriyərkən yıxılıb ayaq sümüyünü sındırmışdı. 

Xəstəxanaya aparılan 104 yaşlı sabiq dövlət məmuruna həkimlər həm də böyrək çatışmazlığı diaqnozunu qoyub.

Ö.C.Kayra 1938-ci ildə Ankara Universitetində Siyasi Elmlər Fakultəsini bitirib. İngilis və fransız dillərində sərbəst danışıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678