Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qadın sevgilisini yanında saxlamaqdan ötrü doqquz ay özünü hamilə kimi qələmə verib

134 Baxış

Böyük Britaniyada bir qadın cavan oğlanı yanında saxlamaq məqsədilə doqquz ay ərzində özünü hamilə kimi qələmə verib.

Bu barədə “Daily Mirror” məlumat verib.

Britaniyalı Jaklin Makqouen özünə saxta qarın taxıb. Bu yolla o, təkcə sevgilisini yox, onun ailəsini də aldadıb. O, oğlanın anasına saxta USM şəkilləri göndərib, gözlənilən doğuş tarixini müzakirə edib.

Lakin bir müddət sonra qadının ətrafı onda qeyri-adilik müşahidə etməyə başlayıblar. Belə ki, əvvəlcə Jaklin sevgilisinə onunla həkimə getməyi qadağan edib, daha sonra isə övladının həyatında iştiraka icazə verməyib. 

Bununla belə, o, oğlanın anasına nəvəsinun tərbiyəsini həvale edib. 

Sonda isə Jaklin keçmiş sevgilisinin qardaşına uşağın atasının o olduğunu deyib. 

Məhkəmədə çıxış edən qadın ikinci dəfədən günahını boynuna alıb. Hələlik ona hökm oxunmayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678