Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Parisdə Sena çayı daşdı

124 Baxış

Fransada uzun sürən yağışlar nəticəsində Sena çayı daşıb.

TASS xəbər verir ki, çay sahilboyu bir neçə ərazidə, o cümlədən də paytaxt Parisin İl-de-Frans rayonunda öz məcrasından çıxıb.

Şəhərin Luvr və Orse muzeyləri, həmçinin Tyüilri bağları ərazilərini su basıb.

Subasma ilə əlaqədar sözügedən ərazilərdə skamyalar və zibil yeşikləri yığışdırılıb. Sakinlərə isə öz avtobillərini təhlükəsiz yerlərdə saxlamaq tövsiyyə olunub.

Parisdə sahilboyu ərazilərə giriş bağlanılıb.

Qeyd edək ki, Sena çayı sahilində ən böyük daşqın 1910-cu ildə qeydə alınıb. O zaman paytaxt Parisin 1/4 hissəsi suyun altında qalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678