Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Trampın kürəkəni Nobel Sülh mükafatına namizəd oldu

130 Baxış

ABŞ-ın sabiq prezidenti Donald Trampın kürəkəni, Ağ Evin keçmiş baş müşaviri Cared Kuşner və müavini Avi Berkoviç İsrail ilə Ərəb ölkələri arasındakı münasibətləri normallaşdırmaq üçün hazırlanan “Avraam sazişi”nin müzakirəsindəki rollarına görə Nobel Sülh mükafatına namizəd olublar.

Bu barədə “Vzqlyad” xəbər yayıb.

Kuşner və Berkoviç İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş arasında imzalanan müqavilələrin müzakirəsində əsas fiqurlar hesab edilirlər.

Bu sazilər son 25 ildə Orta Şərqdə ən əhəmiyyətli diplomatik sıçrayış sayılır.

Kuşner mükafata namizəd olmaqdan qürur duyduğunu söyləyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678