Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünyada peyvənd olunanların sayı koronavirusa yoluxma sayını keçdi

122 Baxış

Dünyada koronavirusa qarşı vaksinasiyadan keçmiş insanların sayı ilk dəfə yoluxma sayını üstələyib.

Bu barədə TASS məlumat yayıb.

Dünyada koronavirusa ümumi yoluxma sayı 103.9 milyon olsa da, artıq 105.1 milyon insan vaksinasiyadan keçib.

Dünyada ən çox peyvənd ABŞ vətəndaşlarına vurulub (33.7 milyon). İkinci pillədə Böyük Britaniya (10.2 milyon), üçüncü yerdə isə İsrail (5.05 milyon) qərarlaşıb.

Peyvənd olunmuş əhalinin nisbətinə görə ilk yerdə İsrail (56.86 faiz) qərarlaşıb. İkinci pillənin sahibi BƏƏ (38.83 faiz) üçüncü pillənin sahibi isə Seyşel adaları (36.25 faiz) olub.

10 faizlik həddi həmçinin Böyük Britaniya (15.3 faiz), Bəhreyn (11.02 faiz) və ABŞ da (10.3 faiz) keçib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678