Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtaliya hökuməti restoran və barları açmağa məcbur oldu

124 Baxış

İtaliyada sahibkarların və ölkə sakinlərinin davamlı etirazından sonra rəsmi qurumlar koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətləri yumşaltmağa məcbur olublar.

REN TV xəbər verir ki, bir aylıq ümumxalq karantinindən sonra İtaliyada restoranlar və barlar açılıb, muzeylər fəaliyyətini bərpa edib.

Lakin ictimai iaşə obyektlərinin sahiblərinə yalnız axşam saat 18:00 qədər işləmək icazəsi verilib.

Xatırladaq ki, İtaliya koronavirusdan ən çox zərər çəkmiş Avropa ölkələrindən biridir.

Son məlumata əsasən, 2,5 milyondan çox insan COVID-19-a yoluxub, 89 820 xəstə pandemiyanın qurbanı olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678