Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çində “Nizami irsi” layihəsi həyata keçiriləcək

160 Baxış

Ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması münasibətilə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrası “Nizami irsi” layihəsinə başlayıb. 

Bu barədə Diasporla İş Üzrə Dövlət komitəsi məlumat yayıb.

Məqsəd Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini Çin ictimaiyyətinə daha yaxından tanıtmaq, ölkələrimizin ədəbi əlaqələrində Nizami irsinin rolunu araşdırmaqdır.

Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, bir il ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində Nizami Gəncəvi irsi haqqında Çin dilində elmi və publisistik məqalələrin dərci, sərgi və elmi konfransın təşkili, şairin əsərlərinin, nizamişünaslığa aid elmi araşdırmaların Çin dilinə tərcüməsinin həyata keçirilməsi, Çində nizamişünaslığın yaranması və inkişafı məsələlərinin tədqiq edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrların Pekin Xarici Dillər Universitetində hazırlanmasına başlanılıb. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə ötən illər ərzində universitetdə Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini elmi yolla reallaşdıran layihələr həyata keçirilib. 2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə “Nəsimi ili” çərçivəsində Azərbaycan dili və ədəbiyyatı sərgisi də təşkil edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678