Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baydendən ABŞ-ın xarici siyasəti ilə bağlı iddialı açıqlamalar

133 Baxış

ABŞ Prezidenti Co Bayden Dövlət Departamentinə ilk səfəri zamanı ölkənin yaxın dörd ildəki xarici siyasət kursunu əks etdirən böyük bir nitq söyləyib.

“Anadolu Agentliyi”nin yaydığı məlumata görə, bu, yeni prezidentin xarici siyasətlə bağlı ilk vacib çıxışı olub.

ABŞ prezidenti öz çıxışında “Amerikanın dünyadakı yerini bərpa etməyə” yönələn xarici siyasət mövqeyini nümayiş etdirib və “Amerika qayıtdı, diplomatiya qayıtdı”, – deyə bildirib.

Bayden bundan sonra ABŞ-ın öz xarici siyasətində diplomatik qurumlardan daha fəal istifadə edəcəyini, beynəlxalq münasibətlərə daha böyük önəm veriləcəyini qeyd edib.

ABŞ prezidenti Yəməndə sülh prosesi üçün səylərin artırılacağını, bölgədə hərbi əməliyyatlar aparan Səudiyyə Ərəbistanına bu istiqamətdə verilən dəstəyin dayandırılacağını deyib.

Rusiyaya münasibətdə Bayden “Rusiyanın aqressiv hərəkətləri qarşısında ABŞ-ın baş əydiyi günlər sona çatdı”, – deyə bəyan edib. O, həmçinin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi və kibertəhlükəsizlik sahəsində dünyaya meydan oxumasının fərqində olduğunu və müxalifətçi Aleksey Navalnının dərhal azad olunmasının vacibliyini vurğulayıb.

Çinə gəldiktə isə prezident ABŞ-ın bu ölkənin artan iddialarına qarşı dayanmağa hazır olduğunu ifadə edib. Bayden Çin və Rusiyanı “ABŞ demokratiyası üçün başlıca təhlükə” adlandırıb.

ABŞ prezidenti Myanma hərbçilərini də hakimiyyətdən getməyə çağırıb.

Pentaqonda ABŞ hərbi qüvvələrinin dünya üzrə dislokasiyası məsələlərinə yenidən baxılacağını bildirən Bayden, amerika qoşunlarının Almaniyadan çıxarılması prosesinin dayandırıldığını qeyd edib.

ABŞ prezidenti əcnəbi vətəndaşların ölkəyə buraxılması məsələsinə də toxunub. O, 2021-ci ildə ölkəsinin qəbul edəcəyi qaçqınların kvotasını artıraraq 125 min nəfərə çatdırılacağını bəyan edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678