Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bayden Myanmada hakimiyyəti ələ keçirən hərbçilərə səsləndi

136 Baxış

“Myanmada hərbçilər hakimiyyəti tərk etməli, ölkənin rəhbər vəzifə tutan şəxslərini və vətəndaş cəmiyyəti nümayəndələrini sərbəst buraxmalıdırlar”.

TASS agentliyi xəbər verir ki, bunu ABŞ Dövlət Departamentində çıxışı zamanı Co Bayden deyib.

“Myanma hərbçiləri ələ keçirdikləri hakimiyyəti tərk etməli, həbs etdikləri fəalları, vəkilləri və vəzifəli şəxsləri sərbəst buraxmalı, telekommunikasiyadakı məhdudiyyətləri ləğv etməli və zorakılıqdan çəkinməlidirlər. Əvvəl də vurğuladığım kimi, demokratiya və qanunun aliliyini qorumaq və cavabdeh şəxslərə qarşı tədbirlər görmək üçün tərəfdaşlarımızla birgə işlər görəcəyik”, – deyə C.Bayden bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678