Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da seçicilərin 37 faizi Trampın yeni partiya yaratmaq ideyasını dəstəkləyib

115 Baxış

ABŞ-da seçicilərin bir çoxunun yeni siyasi partiyaya qoşulmağa hazır olduğu ortaya çıxıb.

Bu barədə “The Hill” nəşri və “HarrisX” xidmətinin apardığı sosioloji tədqiqat nəticəsində bəlli olub.

Sorğuya əsasən respondentlərin 37 faizi rəhbəri Donald Tramp olan siyasi partiyaya qoşula biləcəklərini qeyd ediblər.

Nəşr qeyd edir ki, sorğuda iştirak edən respublikaçıların 64 faizi bu cür siyasi partiyaya qoşulmağa hazır olduqlarını qeyd edib. 36 faiz isə öz partiyasını dəstəkləyib və yeni partiyaya mənfi yanaşıb.  

Demokratların isə 15 faizi Donald Trampın yeni partiyasına qoşula biləcəyini qeyd edib. Bu göstərici heç bir siyasi partiyanı dəstəkləməyən respondentlər arasında 28 faiz olub.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti D.Tramp yeni siyasi partiya yaradacağını bildirsədə, sonradan bu fikirdən daşındığını açıqlayıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678