Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha bir ölkə koronavirusa qarşı Çin peyvəndi alır

133 Baxış

Kolumbiya koronavirusa qarşı Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” peyvəndini istifadə edəcək.

“Anadolu” agentliyi xəbər verir ki, ölkə Prezidenti İvan Duke Çinin əczaçılıq şirkətindən lazımi icazələrin alındığını deyib.

Vaksinasiyanın 20 fevralda başlayacağı gözlənilir.

Ölkədə il ərzində 35 milyon insanın peyvənd olunması hədəflənir.

Qeyd edək ki, Cənubi Amerika ölkəsində iki milyondan çox insanda koronavirus aşkarlanıb, 55 mindən çox xəstə ölüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678