Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcü fəal cərimə əvəzinə inəyini girov qoyacaq

140 Baxış

Gürcüstanlı fəal, fevralın 6-da Tbilisidə keçirilən etiraz aksiyasında iştirak edən və komendant saatının tələblərini pozduğuna görə cərimələnən Nika Kvitatiani jurnalistlərə maraqı açıqlama verib.

“Vesti Kavkaza” portalının məlumatına görə, iki min lari (1032 manat) cərimə olunan fəal bildirib ki, pul əvəzinə inəyini verməyi planlaşdırır.

Gəncin sözlərinə görə, o, cərimə qərarından məhkəməyə şikayət edəcək. Lakin şikayətin baxılmasından öncə cərimə məbləğinə uyğun gələn həcmdə girov qoyulmalıdır. O, girov qismində inəyini verəcək.

Xatırladaq ki, fevralın 6-da Gürcüstanda karantin tədbirlərinə qarşı etiraz aksiyası keçirilib. Etirazçılar əvvəlcə parlament binasına doğru yürüş edib, axşam saaat 21.00-dan səhər saat 5.00-dək isə Dedaen parkı ərazisində oturaq aksiya təşkil ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678