Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Melania Trump özünə ofis açdı

133 Baxış

ABŞ-ın eks-prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp “Melaniya Tramp Ofisi”nin açıldığını elan edib.

Bununla bağlı “RİA Novosti” xəbər yayıb.

“Melania Tramp Ofisinin açıldığını elan etdim. Xəbər və yenilikləri izləyin”, – deyə keçmiş birinci xanımı “Twitter” hesabında qeyd edib.

Daha əvvəl Melania Trampın “Be Best” (Ən Yaxşı Olun) təşəbbüsünü dəstəkləmək üçün “Palm Beach”də təşkilat yaratmağı planlaşdırdığı, bunun sayəsində uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ edecəyi barədə xəbər yayılmışdı.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678