Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“The Independent” rusiyalı biznesmendən üzr istədi

133 Baxış

Böyük Britaniyanın “The Independent” nəşri rusiyalı biznesmen Roman Abramoviçdən üzr istəyib.

“Kommersant” nəşri xəbər verir ki, qəzet sahibkarın Rusiya dövlətinin qanunsuz vəsaitlərini qorumaqda günahlandırmışdı.

Dərc edilən yazıda həmçinin R. Abramoviçə qarşı sanksiyaların tətbiq edilməsi istənilirdi.

Lakin bir müddət sonra məşhur qəzetin rəhbərliyi dərc edilən yazının səhv olduğunu etiraf edərək məşhur iş adamından üzr istəyib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678