Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baydenə məktub vermək istəyən qadının silahlı olduğu aşkar edilib

151 Baxış

ABŞ-da p​​​​olislər Ağ Evin yaxınlığında maşınında odlu silah gəzdirən qadını saxlayıblar.

“Fox News” telekanalı bu barədə hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Güc strukturlarının məlumatına əsasən, 66 yaşlı qadın ABŞ prezidentinin iqamətgahının hasarlanmış ərazisinə girməyə cəhd edib.

Silah gəzdirən qadın iddia edib ki, o, Birləşmiş Ştatlar prezidenti Cozef Baydenə yazılı müraciət təqdim etmək istəyib.  

Həmçinin qeyd olunur ki, qadını pnevmatik silahla silahlanmış kişi müşayiət edib.

Hazırda qadın saxlanılıb, araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678