Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Perunun xarici işlər naziri növbədənkənar peyvənd olunduğuna görə istefa verdi

146 Baxış

Perunun Xarici İşlər naziri Elizabet Astete Çinin “Sinopharm” şirkətinin peyvəndini ilk dozasını kliniki sınaqlardan keçməmiş və milli immunizasiya proqramı başlamadan vurdurduğunu etiraf etdikdən sonra istefaya gedib.

Bu barədə siyasətçi “Twitter” hesabında yazıb.

“Mən necə ciddi səhvə yol verdiyimi dərk edirəm, buna görə də peyvəndin ikinci dozasını vurdurmamağa qərar verdim. Yaranmış vəziyyətlə əlaqədar prezidentə istefa ərizəmi təqdim etdim”, – deyə Astete yazıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678