Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bitcoin” tarixi rekordu yenilədi

139 Baxış

Ticarət məlumatlarına görə ən populyar kriptovalyuta olan “Bitcoin”in dəyəri yenidən 49,7 min ABŞ dollarını keçib.

“CoinMarketCap” portalının verdiyi məlumata görə, Bakı vaxtı ilə 08:22-də kriptovalyutanın qiyməti 5,43 % artaraq, 49 605 dollara çatıb.

Ticarət həcmi baxımından ən böyük kriptovalyuta birjası “Binance”da Bakı vaxtı ilə 08:22-də “Bitcoin” 5,74 % bahalaşaraq, 49 541 dollar olub.

Bir neçə dəqiqə əvvəl bu rəqəm 49 998 dollara qalxmışdı.

Xatırladaq ki, bazar günü “Bitcoin”in qiyməti 49 707 dollara çatıb, lakin sonra dəyəri azalmağa başlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678