Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da koronavirus vaksini vurdurmaq istəyən iki qadın özlərini yaşlı kimi təqdim etdilər

126 Baxış

ABŞ-ın Florida ştatının 34 və 44 yaşlı iki qadın sakini ikinci doza koronavirus peyvəndini vurdurmaq üçün yaşlı qadınlar kimi geyinərək xəstəxanaya müraciət ediblər.

Bu barədə WKMG-TV telekanalı məlumat verib.

Florida səhiyyə idarəsinin sözçüsü Raul Pino bildirib ki, həkimlər peyvənd vurdurmaq üçün müraciət edən qadınların zahiri görünüşündən şübhələnərək onları vaksin vurmaqdan imtina ediblər.

Qeyd olunur ki, məsələ ilə bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678