Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstanda karantin qadağaları götürülür

124 Baxış

Gürcüstan bu həftədən karantin qadağalarını yumşaldır.

“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə ölkənin yeni Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, qaydaların yumşaldılması – qış istirahət mərkəzlərinin açılması, Tbilisi ilə Rustavi arasında nəqliyyatın fəaliyyətini bərpası, peyvəndlərlə bağlı bu həftə koordinasiya şurasının iclası keçiriləcək.

Qaribaşvilinin sözlərinə görə, məsləhətləşmə nəticəsində qadağaların 80 %-i bu həftə qaldırılacaq.

O, Gürcüstana ilk peyvəndlərin mart ayında gələcəyini və ilin sonuna qədər əhalinin 70 faizinin vaksinasiya olunacağını da vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678