Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İspaniya TV ulduzları qrup halında təcavüzdə iştirak ediblər

152 Baxış

İspaniya polisi Madridin Kolmenarexo qəsəbəsində məşhur “Cazibələr adası” (La isla de las tentaciones) realiti şousunun iştirakçılarının da qatıldığı qeyri-qanuni əyləncə gecəsi zamanı baş vermiş qrup halında zorlama iddialarını araşdırır.

Bu barədə yerli “20minutos” nəşri məlumat verib. Yığıncaq zamanı antikovid tədbirlərinə əməl edilmədiyi də qeyd olunur.

Qəzetin yazdığına görə, televiziya şousunun iştirakçıları da daxil olmaqla, qəsəbədəki kirayə evlərin birində 50-yə yaxın gənc toplaşaraq əyləncə gecəsi təşkil edib.

Tədbir iştirakçılarından biri bəyan edib ki, ona təklif olunan içkidən sonra az qala huşunu itirərək köməksiz vəziyyətə düşüb. Bundan istifadə edərək beş-altı kişi onu zorlayıb.

Hazırda hüquq-mühafizə orqanları həmin gecə baş verənləri araşdırır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678