Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada çovğun dəhşətli mənzərə yaratdı – VİDEO

168 Baxış

Rusiyanın Çelyabinsk vilayətində dəhşətli çovğun səbəbi ilə fövqəladə hal tətbiq edilib.

Bu barədə “Mash” “Telegram” kanalında video yerləşdirilib.

Kadrlardan məlum olur ki, qarlı hava və buzlu yol avtomobillərin qəzalı vəziyyətinə səbəb olub, yüzlərlə insan çıxılmaz vəziyyətdə mənfi 30 dərəcə temperaturda yolda qalıb.

Ərazidə 74 yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib.

300-dən çox insanın tıxacdan çıxarıldığı bildirilir.

Eyni zamanda, Kurqansk, Orenburq, Saratov vilayətində və Başqırdıstanda yol hərəkəti dayandırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678