Nitsa şəhərində bütün kilsələr bağlandı
147 Baxış
Fransanın Nitsa şəhərinin bütün kilsələri ziyarətçilərin üzünə bağlanıb.
Bu barədə Fransa KİV-ləri məlumat yayıb.
Kilsələrin bağlanmasının səbəbi bu gün Nitsa şəhərinin mərkəzində yerləşən Notr-Dam Kilsəsində bıçaqla silahlanmış naməlum şəxsin insanlara hücum etməsidir.
Hadisə nəticəsində üç nəfər həyatını itirib.
Qurbanlardan birinin başının kəsildiyi bildirilir.
Məlumat oxu.az saytından götürülmüşdür.