Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Meksikada 13 nəfər güllələndi – VİDEO

116 Baxış

Meksikanın qərbindəki Xalisko ştatının Tonala bələdiyyəsində naməlum şəxslər 13 nəfəri güllələyib.

“Kommersant” nəşrinin məlumatına görə, bölgə prokurorluğunda hadisə ilə əlaqədar istintaq başlanıb.

“Emiliano Sapata küçəsindəki səkinin üzərində güllə yarası almış 10 nəfərin cəsədi tapılıb. Bundan əlavə, yaxınlıqdakı evdə yenə də odlu silah yaraları olan yeniyetmə oğlanın meyiti aşkar olunub”, – deyə prokurorluqdan bildirilib.

Güllələnən bir qadın və bir uşaq olmaqla daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, cinayətkarlar üç avtomobildən ibarət avtokarvanla hərəkət ediblər. Hadisənin səbəbləri məlum deyil.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678