Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə kəşfiyyatçılarının uğurlu əməliyyatlarına 2,5 milyard lirə xərclənib

134 Baxış

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) koronavirus epidemiyasının kölgəsində keçən 2020-ci ildə beynəlxalq arenada şəklini dəyişən təhdidlərə qarşı uğurlu işlərə imza atıb. Bu fəaliyyətlər zamanı təşkilat təqribən 2,5 milyard lirə (568 359 000 AZN) xərcləyib.

“Hürriyet”in məlumatına görə, bu barədə MİT rəhbəri Hakan Fidan bəyan edib.

“Təşkilatımız 2020-ci ildə münaqişə bölgələrində ölkəmizin milli maraqlarına uyğun olaraq əməliyyatlar keçirib, xarici kəşfiyyat sahəsindəki təsirini artırıb, terrorizmlə mübarizəni beynəlxalq səviyyədə icra edib, ölkəmizə qarşı casusluq fəaliyyətlərini ifşa edib”, – deyə hesabatda vurğulanıb.

Sənəddə MİT-in fəaliyyəti ilə bağlı detallar olmayıb, lakin xərclər barədə qısaca məlumat verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678