Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azyaşlı qızlara illərlə təcavüz edən manyak azadlığa buraxıldı – FOTO

156 Baxış

Rusiyanın Skopin şəhərində iki məktəblini qaçırdaraq təqribən dörd il bunkerdə saxlayan, bu müddət ərzində onlara təcavüz edən və işgəncə verən manyak Viktor Moxov bu gün azadlığa buraxılıb.

Bu barədə “İzvestiya” məlumat yayıb.

Viktor Moxov (Skopin manyakı) 17 illik həbsxana həyatını Saratov əyalətində keçirib. Azadlığa çıxdıqdan sonra dəmiryolu vasitəsilə yaşadığı şəhərə yollanıb.

Qeyd edək ki, V.Moxov 2000-ci ildə 14 yaşlı Yekaterina və 17 yaşlı Yelenanı qaçırıb. Evinin qarajında xüsusi hazırlanmış bunkerdə qızlara təxminən dörd il ərzində təcavüz edib, işgəncə verib. Qızlar oradan yalnız 2004-cü ilin mayında azad ediliblər.

Qaçırılan qızlar 1296 gün pedofilin bir çox işgəncələrinə tab gətirməli olublar. Hətta Yelena bu müddət ərzində iki uşaq dünyaya gətirib. Uşaqları V.Moxov binaların girişinə qoyaraq oradan uzaqlaşıb. Nəticədə hər iki uşaq övladlığa götürülüb. Elə Yelena azadlığa çıxdığı 2004-cü ilin may ayında da səkkiz aylıq hamilə olub. Onun körpəsi ölü olaraq dünyaya gəlib.

Məhkəmənin qərarı ilə 17 illik cəzasını çəkən V.Moxov üçün bundan sonra da azad həyat o qədər real görünmür. Belə ki, Saratov əyalətinin Puqaçevsk rayon məhkəməsinin qərarına əsasən V.Moxov azadlığa çıxdıqdan sonra belə ictimai tədbirlərə qatıla, gecələr gəzə bilməz. O, həmçinin Ryazan əyalətinin Skopin rayonu ərazisini hüquq-mühafizə orqanlarının icazəsi olmadan tərk edə bilməz.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678