Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kadırov FTB-dən 250 min dollar istədi: “Qroznıda kiminsə vasitəsilə çatdırın”

159 Baxış

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın Federal Təhqiqat Bürosuna (FTB) müraciət edib.

Bu barədə o, “Telegram” kanalında paylaşım edib.

O bildirib ki, ABŞ xüsusi xidmət orqanlarının barəsində informasiyaya görə 250 min dollar təklif etdiyi biznesmen Yevgeni Priqojin Qroznı şəhərində onun qonağıdır.

“Bu cür səxavətli mükafatı əldən vermək axmaqlıq olardı. Vətəndaş borcunu yerinə yetirmək üçün vicdan əzabı çəkmədən layiq görülən mükafat almağa hazıram”, – deyə R.Kadırov kinayə ilə bildirib.

O həmçinin FTB-nin qarşısına şərt də qoyub: mükafat yalnız 20 dollarlıq əsginaslar şəklində olmalıdır. Belə ki, Çeçenistan lideri ABŞ və Aİ-dəki hesablarının dondurulduğunu vurğulayıb:

“Qroznıdakı kiminsə vasitəsilə çatdırın. Burada məni hər kəs tanıyır, yolu göstərəcəklər”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678