Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə binadan qopan daş parçaları uşağın başına düşdü – VİDEO

139 Baxış

Türkiyənin Qaziantep vilayətində binadan qopan daş parçaları ailəsilə birgə yolun kənarında gəzən uşağın başına düşüb.

“Haber Global”ın məlumatına görə, hadisə Atatürk bulvarı ərazisində baş verib.

Məlumata əsasən, beşmərtəbəli binadan qopan daşlar səkkiz yaşlı oğlan uşağının və yanındakı valideynlərinin üzərinə düşüb.

Xoşbəxtlikdən, ciddi xəsarət alan olmayıb. Azyaşlı ailəsi tərəfindən xəstəxanaya aparılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678