Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Trampın 4 milyon baxış toplayan son çıxışı “YouTube”dan silinib

160 Baxış

“YouTube” videoservisi ABŞ-ın keçmiş prezidenti Donald Trampın ölkə mühafizəkarları konqresindəki çıxışını silib.

“EADaily” portalının məlumatına görə, 4 milyon istifadəçi tərəfindən izlənilən videonun silinməsinə səbəb eks prezidentin öz çıxışında sonuncu prezident seçkilərinin nəticələrini şübhə altına alması olub.

Belə ki, Tramp çıxışı zamanı seçkiləri “saxtalaşdırılmış” adlandırıb ki, bu da artıq nəticələri rəsmən tanınan prosedura qarşı yolverilməz ifadədir.  

Bununla yanaşı, “YouTube” sözügedən videonu servisə yükləyən “Right Side Broadcasting Network” şəbəkəsinin fəaliyyətini də məhdudlaşdırıb. Artıq bu şəbəkə videoservisə heç bir görüntü yükləyə bilməyəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678