Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tramp əl-Bağdadinin öldürülməsi əməliyyatında iştirak etmiş xüsusi təyinatlılarla görüşdü

155 Baxış

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın bir nömrəli terrorçu elan etdiyi Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi əməliyyatında iştirak edən xüsusi təyinatlılarla görüşüb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə D.Trampın mətbuat katibi Keyli Makineni məlumat yayıb.

Görüş Şimali Karolina ştatında yerləşən Fort-Breq hərbi bazasında bağlı qapılar arxasında baş tutub.

K.Makineni bildirib ki, D.Tramp əl-Bağdadinin məhv edilməsi əməliyyatında iştirak etmiş hərbi bölmələrə fərqləndirici nişanlar təqdim edib və həlak olan xüsusi təyinatlıların abidəsini ziyarət edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678