Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mahaçqalada kütləvi zəhərlənmə: 27 uşaq xəstəxanaya yerləşdirildi

121 Baxış

Dağıstanın paytaxtı Mahaçqalada 49 nəfər qida zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə gazeta.ru Dağıstan Səhiyyə Nazirliyinə istinadla xəbər yayıb.

Qeyd edilir ki, zərərçəkənlərdən 27-si uşaqdır. Xəstələrin vəziyyəti yüngül və orta ağırdır.

Hadisə ilə bağlı cinayət işi başlanılıb. Zəhərlənmənin baş vermə səbəbləri və infeksiyanın ocağı araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678