Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyanın Türkiyədəki səfirinin qətli işində hökm oxundu

126 Baxış

Ankara Ağır Cinayətlər Məhkəməsində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı cinayət işinə dair hökm oxunub.

“Anadolu” Agentliyinin məlumatına görə, prosesin yekununda beş nəfərə ömürlük həbs cəzası verilib. Cinayətin kuratoru Şahin Söyüd və birbaşa qətl əmrini verən Mövlud Mərt Altıntaş hər biri iki dəfə, üç nəfər isə bir dəfə ömürlük həbsə məhkum edilib.

Cinayət işinin digər iştirakçıları 5 ildən 9 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.

Müdafiə tərəfinin məhkəmənin qərarından apelyasiya şikayəti verəcəyi bildirilir.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılış mərasimi zamanı qətlə yetirilmişdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678