Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Myanmada etirazlar zamanı ölənlərin sayı 67 nəfərə çatıb

140 Baxış

Myanmada kütləvi etirazlar zamanı ən az 67 nəfər ölüb.

TASS xəbər verir ki, bunu BMT rəhbərinin mətbuat katibi Stefan Dyucarrik bildirib.

“Fevralın 1-dən martın 8-dək Myanmadakı etirazlar zamanı ən az 67 nəfərin öldüyü təsdiq olunub. Onların arasında qadınlar və uşaqlar da var. Yüzlərlə insan yaralanıb”, – deyə mətbuat katibi bəyan edib.

BMT nümayəndəsi hərbçiləri zorakılığı dayandırmağa çağırıb və qeyd edib ki, dinc sakinlərə qarşı silah tətbiqini beynəlxalq hüquq baxımından heç cür əsaslandırmaq mümkün deyil.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678