Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə Şekspir sayağı ehtiraslar: Boşanmaya görə iki ailə qan düşməni oldu – VİDEO

120 Baxış

Türkiyədə qeyri-adi düşmənçilik hadisəsi gündəm olub. Belə ki, düşmən ailə qarşı tərəfin başlarına pul qoyaraq, onları hər gün döydürür. Sonuncu belə hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb.

“Haber Global”ın məlumatına görə, Şanlıurfada baş verən hadisəyə səbəb iki ailə arasında olan qız məsələsidir.

Belə ki, ailə qızlarını boşayan qarşı tərəfi bağışlaya bilməyib, buna görə onlara dəfələrlə daşla, ağacla və bıçaqla hücum ediblər. Son hadisə zamanı isə düşmənlərinə məxsus avtobusu yandırıblar.

“Eşitdiyimizə görə, başımıza mükafat təyin ediblər. Narkotik aludəçilərinə pul verirlər, gedib onları döyün, bıçaqlayın deyirlər. Bizdən birini öldürən üçün isə pul boyun olublar”, – deyə şikayətçilər bildiriblər.

Baş verənlərlə əlaqədar artıq iki şübhəli saxlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678