Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Braziliyalı yeniyetmə nənəsinin soyuducusunda ölü tapıldı

107 Baxış

Braziliyanın Kampu-Qrandi şəhərində dəhşətli hadisə qeydə alınıb.

“The Sun” nəşrinin məlumatına görə, 15 yaşlı Xose Eduardo Rosa nənəsinin soyuducusunda ölü tapılıb. Yeniyetmənin alt paltarındakı cəsədini onun 20 yaşlı əmisi oğlu aşkar edib.

“Artıq xoşagəlməz qoxu ətrafa yayılmışdı. Mən soyuducunu açdım və onun tək alt paltarı ilə orada oturduğunu gördüm”, – deyə gənc oğlan mətbuata açıqlamasında bildirib.

Hadisənin səbəbləri araşdırlır. Polis intihar, qətl kimi versiyaları istisna edib. İlkin ehtimallara əsasən, yeniyetmə sərinləmək üçün soyuducuya girib. Lakin səhhətinin qəfil pisləşməsi səbəbindən oradan çıxa bilməyərək donub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678