Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əfqanıstanda polis idarəsinə qarşı terror aktı: 8 ölü, 53 yaralı – FOTO

118 Baxış

Əfqanıstanın qərbindəki Herat vilayətində bomba yüklü nəqliyyat vasitəsi ilə hücum həyata keçirilib.

“Anadolu” agentliyi xəbər verir ki, vilayət rəhbəri Sayed Vahid Katali mətbuata verdiyi açıqlamada terrorçuların polis bölməsini hədəf aldıqları bildirib.

Herat dövlət xəstəxanasından xəbər verilib ki, hücumda mülki şəxslər da daxil olmaqla 8 nəfər həyatını itirib, 53 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.

Partlayış nəticəsində ətrafdakı bir çox evə ziyan dəyib.

Terror aktına görə məsuliyyəti heç kim boynuna götürməsə də, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen hadisədə “Talibanı” günahlandırıb.

Digər tərəfdən, Qətərin paytaxtı Dohada Əfqanıstan və “Taliban” arasında illərdir davam edən şiddətə son qoymaq üçün sülh danışıqlarının ikinci mərhələsi davam edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678