Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran prezidentindən koronavirusun dördüncü dalğası xəbərdarlığı

117 Baxış

İran Prezidenti Həsən Ruhani bu gün qatıldığı Milli Mübarizə Şurasının iclasında gündəmə dair açıqlamalar verib.

“Mehr” agentliyi xəbər verir ki, o, koronavirusun dördüncü dalğası ilə bağlı yaranan təhlükənin aradan qalxmadığını vurğulayıb.

“Bu günə qədər protokollar diqqətlə yerinə yetirilib. Ölkədəki 4-cü dalğaya girməmişik; lakin hər an bununla qarşılaşa bilərik. Xüsusilə Novruz bayramı zamanı çox diqqətli olmalıyıq”, – deyə o qeyd edib.

Ruhani ölkə daxilində vaksinasiya prosesinin sürətlənəcəyini bildirib.

O, 17 dekabr 2020-ci ildə İranın koronavirusun yayılmasının üçüncü dalğasını aşdığını elan etmişdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678